“Barselona” futbolçusunu Niderland klubuna icarəyə verib

8b4fc4f9 cf5e 381a 9737 b51675874045 850.webp

İspaniyanın “Barselona” klubu futbolçusu Serjinyo Desti icarəyə verib.

23 yaşlı müdafiəçi Niderlandda PSV-nin formasını geyinəcək.

Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. Eyndhoven təmsilçisi ABŞ-dan olan oyunçunu almaq hüququna malikdir.

Qeyd edək ki, Serjinyo Dest 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.