Baş prokuror: Qonşularımız təxribatları dayandırmır

1687432071 24de9bc0 7635 4455 bf58 61b87457bc87.jpg

“Təəssüflər olsun ki, qonşularımız öz təxribatçı fəaliyyətini dayandırmırlar və yenə də davam etdirirlər”.

Bunu Baş prokuror Kamran Əliyev Laçında jurnalistlərə açıqlamasında deyib.

“May ayının 26-da iki erməni hərbiçisinin bizim sərhədi pozaraq silahlanmış şəkildə təxribat törətmək məqsədilə ölkə ərazisinə keçmələri və bizim hərbiçilər tərəfindən onların qanunsuz fəaliyyətinin qarşsıının alınması, digər tərəfdən iyunun 15-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşlarına qarşı heç bir əsas olmadan yenidən təxribat törədilməsi bizim bir daha diqqətli olmağımızı zəruri edir”, – deyə Baş prokuror bildirib.