Batareya dadı verən çipslər buraxılıb

Xpy4bnedhkkiecbl5oo8initv2scpeggpa8akm2b 1200.webp

“Rewind” qida istehsalı şirkəti doqquz voltluq batareya dadı verən çipslər buraxıb.

Oxu.Az bu barədə “Dexerto” nəşrinə istinadla xəbər verir.

İstehsalçının bəyanatına görə, yeni məhsul batareya klemması ilə təmas zamanı yaranan metal dadını verir və dildə xarakterik sancı hissini təkrarlayır.

Bu effekti əldə etmək üçün limon turşusu, natrium bikarbonat və mineral duzlar kimi maddələrdən istifadə olunub.

Məhsulun məqsədi istehlakçılarda nostalji hissi oyatmaq və maraq yaratmaqdır.