BDU-da dərslər həftənin 2 günü onlayn olacaq

1644845120 bdu1.jpg

Bakı Dövlət Universitetində 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq.

Bununla bağlı BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib.

Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib.