Benzema “Real”a qələbə qazandırdı

2f254e66165023169531129252210453411.jpg

İspaniya La Liqasının 32-ci turunda Madrid “Real”ı “Sevilya”nın qonağı olub.

Qarşılaşmanın 21-ci qədiqəsində “Sevilya”nın futbolçusu Rakitiç hesabı açıb. 25-ci dəqiqədə isə Lamela fərqlənərək ev sahiblərinin üstünlüyünü 2 topa çatdırıb – 2-0.

Matçın 50-ci dəqiqəsində “Real”ın futbolçusu Rodriqo hesab arasındakı fərqi azaldıb – 2-1. 83-cü dəqiqədə toru silkələyən Naço qonaqların bərabərlik qolunu vurub – 2-2. Görüşün 90+2-ci dəqiqəsində isə Benzema madridlilərin qələbə qolunun müəllifi olub 2-3.

“Sevilya” 2-3 “Real”

Qollar: Rakitiç, 21 (1:0), Lamela, 25 (2:0), Rodriqo, 50 (2:1), Naço, 83 (2:2), Benzema, 90+2 (2:3)