Bəşər Əsəd İrana rəsmi səfər etmək niyyətindədir

Esed B1716455435.jpg

Suriya prezidenti Bəşər Əsəd İranın ali dini lideri Əli Xamneyi ilə görüşmək üçün ilk fürsətdə İrana səfər etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə prezident vəzifəsini müvəqqəti icra edən Məhəmməd Mohber telefon danışığı zamanı bildirib.

“Bu günlərdə İran xalqının yanında olmaq, Ali Rəhbərlə görüşmək və şəxsən ona başsağlığı verməyi çox istərdim, bu münasibətlə ilk fürsətdə başsağlığımı bildirmək və iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün İrana gedəcəyəm, – IRNA agentliyi məlumat yayıb.