Beynəlxalq idman təşkilatına prezident seçilən ilk azərbaycanlı kimdir?

F272e424 fa17 4fa6 ad1f ab0612274278 0.jpg

İnternetdə yayılan məlumatlar çox vaxt dezinformasiya ilə nəticələnir. Hətta 2016-cı ildə yayılan xəbərlərdə Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) azərbaycanlı prezidenti “beynəlxalq idman təşkilatına prezident seçilən yeganə azərbaycanlı və Azərbaycan idman tarixində yeni bir səhifə” kimi qələmə verilmişdi.

Üstündən 6 il ötməsinə baxmayaraq insanlar bu haqda hələ də dezinformativ məlumat paylaşmağa davam edirlər. Bu dezinformasiyanın ictimaiətə çatdırılmasının qarşısını almaq üçün biz də öz tərəfimizdən xırda bir araşdırma apardıq. Araşdırmamız nəticəsində məlum oldu ki, hələ 2014-cü ildə yeni yaradılmış və o zamanlar az insanın məlumatlı olduğu, bəlkə də ən önəmlisi Azərbaycan mərkəzli Dünya Alpaqut Federasiyasına ilk başçılığı Fərid Əlizadə etmişdir.

Fərid Əlizadə ilə əlaqə saxladıq və ondan bəzi məlumatları aldıq. F. Əlizadənin bizə verdiyi məlumat və tərəfimizə paylaşdığı sənəd bütün ictimaiyyət üçün vacibdir və tarixin həqiqətini əks etdirən mənbədir. Biz də bu sənədin gizliliyini qorumaq məqsədi ilə yalnız Fərid Əlizadə olacaq qismini ictimaiətə paylaşdıq.

Bu sənədə əsasən, hələ 12 Fevral 2014 tarixində Fərid Əlizadə “beynəlxalq idman təşkilatına Prezident seçilən ilk azərbaycanlı” və “Azərbaycan idman tarixində yeni bir səhifə” açmış bir şəxs kimi tarixə düşmüşdür. Vaxtı ikən bu haqda məlumatlar modern.az (arxiv)visiontv.az (arxiv) xəbər portallarında da dərc olunmuşdur.

Alpaqut, alp (döyüşçü), qut (qutlu, müqəddəs) — Müqəddəs Döyüşçü mənasını daşıyan Turan (türk coğrafiyası) döyüş sənətidir. Alpaqut Turan Döyüş Sənəti, tanınmış beynəlxalq dərəcəli idman və türk döyüş sənətləri ustadı, araşdırmaçı “Kutsan” Vasif Namazov tərəfindən yaradılmışdır. Dünya Alpaqut Federasiyası (DAF) Alpaqut döyüş sənətini dünyada tanıdan və onu inkişaf etdirən rəsmi qurumdur.

Hazırda Fərid Əlizadə DAF-ın İdarə Heyətinin üzvüdür. Yarandığı gündən 9 il müddətində DAF-ın dünyada 50-dən çox nümayəndəliyi və 6 ölkədə rəsmi federasiyası mövcuddur.

Hazırda DAF-ın Prezidenti deputat Jalə Əhmədova, 1-ci Vitse-Prezidenti isə deputat Könül Nurullayevadır.

Müsahibimiz Fərid Əlizadə bildirib: “Bəzi hallarda anlıq bir zaman üçün paylaşılan dezinformasiyaları dayandırmaq bizim əlimizdə olmaya bilər, lakin onun daha çox yayılmasının qarşısını almaq və tarixin gizli həqiqətlərini ictimaiətə və bütün dünyaya çatdırmaq bizim gücümüzdədir. Düşünürəm ki, heç kimin hüququ pozulmamalıdır. Redaksiyanıza bu sahədəki araşdırmalarınızla haqqımı qoruduğunuz üçün dərin minnətdarlığımı bildirirəm.”

Fərid Əlizadə “Beynəlxalq Turan Oyunları Komitəsi“nin Təsisçisi və ilk Başqanı (Prezidenti) olaraq dünyada ilk beynəlxalq idman və oyun komitəsinə rəhbərlik edən azərbaycanlı kimi də adını tarixə yazdırmışdır.

O 2019-cu ilin dekabr ayında “Ukrayna Qarapapaq Türkləri Milli Şurası” Ümumkrayna Dərnəyi (Всеукраїнське Об’єднання “Национальна Рада Тюрків Карапапаків України”) tərəfindən Türk Dünyası üçün “Xüsusi xidmətlərə görə” ordeni ilə təltif edilmişdir.