Biləsuvarda iki evdə yanğın olub

A0b45d1b161984547682862661910417574.jpg

Biləsuvarda iki evdə yanğın baş verib.

Avtor.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Biləsuvar rayonunun Səmədabad kəndində ümumi sahəsi 42 m² olan birmərtəbəli fin tipli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 180 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.