BMT Baş Assambleyasının Sədri Azərbaycana səfər edəcək

7a50d83a159423336361353168410196592.jpg

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Abdulla Şahid Azərbaycana səfər edəcək.

Bu barədə “Report”a eksklüziv açıqlamasında Baş Assambleyanın prezidentinin sözçüsü Paulina Kubiak deyib.

Sözçü bildirib ki, işgüzar səfər 12-13 iyun tarixlərində baş tutacaq. A.Şahidin Azərbaycanın rəsmi şəxsləri, o cümlədən xarici işlər naziri Ceyhun Bayramovla görüşü gözlənilir.