BMT və Türkiyə Rusiyaya taxıl sazişi ilə bağlı yeni təkliflər verə bilər

1692781445 1658826502 6256da0ca41ae6256da0ca41af16498590846256da0ca41ab6256da0ca41ac.jpg

Türkiyə və BMT Rusiyaya taxıl sazişini bərpa etmək üçün təkliflər hazırlayır.

“RİA Novosti” bu barədə danışıqlar prosesində iştirak edən mənbəyə istinadən yazıb.

Qeyd olunub ki, indi tərəflər Qara dəniz taxıl təşəbbüsünün mümkün bərpası ilə bağlı məsləhətləşmələri davam etdirirlər.

“BMT ilə təmasda bəzi təkliflər hazırlanır. Amma hər şey mükəmməl deyil, bank məsələləri ilə bağlı həll olunmamış problemlər var. Müzakirələr davam edir”, – deyə agentliyin mənbəsi bildirib.

Danışıqların hansı mərhələdə getdiyi açıqlanmır.

Xatırladaq ki, iyulun 18-də Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutan taxıl sazişində iştirakını dayandırıb.