Bu gün Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

9afefc52165648330827884918310827497.jpg

Bu gün Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammiti keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edəcək.

İclasda Xəzər regionunda əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə olunacaq. Eyni zamanda sammit çərçivəsində dövlət başçılarının ikitərəfli görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Zirvəyə ev sahibliyi edən Türkmənistanın Prezidenti Sərdar Berdıməhəmmədov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və İranın dövlət başçısı İbrahim rəisi iştirak edəcək.

Xatırladaq ki, ötən gün Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.