Bu il əhalinin taksidən istifadə sayı artıb

419635808 0 112 3080 2048 1920x0 80 0 0 54cd4f5a3d51676861b4c316974561d8.jpg

Cari ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 83,6 milyon ton yük, 1044,4 milyon sərnişin daşınıb.

“APA-Economics” xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 17,1% artım qeydə alınıb.

Sərnişinlərin 94,8%-i avtobus, 5,2%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Yük dövriyyəsi 4,8%, sərnişin dövriyyəsi isə 16,7% artıb.