Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib

D846308d 0bb8 3d54 9b52 0fbef8f7966f 850.jpeg

Cari ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi və nazirliyin Mənzil Komissiyasının sədri general-mayor Elçin Əliyev deyib.

O qeyd edib ki, hər il Maliyyə Nazirliyi tərəfindən bununla bağlı vəsait ayrılır. Bu il də həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) 500-dən artıq ev alınıb.

“Bu gün Sumqayıt şəhərində bu mərhələdə hərbçilərə ümumilikdə 59 mənzil təqdim olunub. Həmin mənzillər bir və dörd otaqlıdır. Ümumilikdə bu il ərzində bir və dörd otaqlı olmaqla, 500-dən çox mənzil hərbi qulluqçulara təhvil verilib”, – o bildirib.