Bu ilin doqquz ayında 22 804 cinayətin 90,5 faizi açılıb

868222809 18379041970241777 8921447806383348206 n 6ae331fa25b3e

Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 22.804 cinayətin 90,5 faizinin açılması təmin olunub.

Bu barədə oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 93,7 faizi açılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 5,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər, qeyri-aşkar şəraitdə baş verənlər, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, onlardan oğurluqlar, dələduzluqlar, quldurluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıqlar, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilənlər, odlu silahın tətbiqi ilə və qrup halında baş verən hüquqazidd əməllərin sayı azalıb.