Bu şəxslərə ölkəyə qayıdış şəhadətnaməsi verilir – XİN-dən açıqlama

B5a1d925164622079095478338510843730.jpg

Ukraynadan vətənə qayıtmaq istəyən, lakin sənədləri qaydasında olmayan Azərbaycan vətəndaşlarına ölkəyə qayıdış şəhadətnaməsinin verilməsi təmin olunur.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L. Abdullayeva bildirib ki, bu, müəyyən qədər vaxt tələb edir: “Bizim səfirlik orada fəaliyyət göstərir və vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir. Ölkəyə qayıdış şəhadətnamələrinin tərtib edilməsinə vaxt lazımdır”.