Bülənt Ərsoy 16 min TL borcunu sosial şəbəkədən tələb etdi

1000307986 scaled.jpg

Məşhur sənətçi Bülənt Ərsoy, Berkay Tuncer adlı şəxsə verdiyi 16 min TL məbləğindəki pulu sosial media paylaşımı vasitəsilə geri tələb edib.

Redaksiya xəbər verir ki, Bülənt Ərsoy paylaşımında belə yazıb:
“Sadəcə insani duyğularla acıdığım üçün sizə göndərmiş olduğum bu 16 min lirə, hesabıma yatacaq.”

O, bu məbləği heç bir qarşılıq gözləmədən yardım məqsədilə göndərdiyini, lakin vəsaitin geri qaytarılmasını gözlədiyini qeyd edib. Sənətçinin bu addımı sosial mediada geniş müzakirələrə səbəb olub. Berkay Tuncər tərəfi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Sevinc Kərimova