Bütün dünyaya qardaşlıq nümunəsi olan Azərbaycan -Türkiyə birliyi!

650x344 azerbaycan vize istiyor mu turkiyeden azerbaycana gidiste vize ve pasaport gerekiyor mu kalkti mi k1 1659610647409.jpg

Bir millət, iki dövlət olaraq xarakterizə edilən Azərbaycan -Türkiyə birliyi, qardaşlığı hər ötən gün möhkəmlənməkdə davam edir. Eyni dinə, dilə, mədəniyyətə malik olan bu iki dövlət həm sevincli, h əm dəkədərli günlərində bir-birlərinin yanında olub, olur və olacaqdır. Tarixi faktlar göstərir ki, Azərbaycan və Türkiyə dövlətlərinin arasındakı əlaqələrin böyük tarixi vardır. Belə ki, Ölkəmiz 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz qardaş Türkiyə olmuşdur. Xüsusi qeyd etməliyik ki, bu gün ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəyə yüksəlməsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan şəxsi dostluq və qardaşlıq münasibətləri xüsusi rol oynayır. Bu mənada canı və qanı ilə bir-birinə bağlı olan iki xalq arasında olan münasibətlərin dünyada analoqu və ya oxşarı yoxdur. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə bu günlərdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada təşkil olunan növbəti Zirvə Görüşü təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütövlükdə türkdilli dövlətlər arasında güclənən birliyin, xoş günlərdə də, sınaq anlarında da bu dövlətlərin bir-birinin yanında olmasının, dəstək verməsinin təcəssümü oldu. Qardaş Türkiyənin bir-neçə bölgəsində baş vermiş, böyük dağıntılara və insan tələfatına səbəb olmuş zəlzələlərdən sonra belə bir Zirvə görüşünün Dövlət başçımızın təşəbbüsü ilə keçirilməsi qeyd etdiklərimizə bariz nümunədir. Qeyd edək ki, qardaş Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Dövlət başçımıza öz adından və Türkiyə xalqı adından xüsusi minnətdarlığını bildirmişdir. Zirvə görüşündə çıxış edən cənab İlham Əliyev baş verən dəhşətli zəlzələdən söz açaraq, çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadlarıının xalqımızı hədsiz kədərləndirdiyini bildirmişdir. Bu mənada Azərbaycan zəlzələ fəsadlarının aradan qaldırılmasına ən böyük dəstəyi verməyi özünə borc bildi. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olur deyiminə növbəti nümunəni nümayiş etdirən dövlətimiz dünyaya növbəti mesajı vermiş oldu.Ölkə başçısı çıxışı zamanı Vətən Müharibəsi zamanı qardaş ölkənin Azərbaycana dəstəyindən söz açaraq, 44 günlük müharibə dövründə bütün Türkiyə xalqının Azərbaycanın yanında olduğuna diqqət çəkdi. İnanırıq ki, bu gün Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərin bu səviyyəsi bütövlükdə dürk dünyası ölkələri arasındakı münasibətlərin inkişafına böyük təsir edəcəkdir. Hər bir halda Türk dövlətləri arasında olan əməkdaşlığın bu günki səviyyəsi onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatının təsiredici gücə çevrilməkdə olması artıq bir faktdır və bu təsirlər bütün türk dünyasının həyatında böyük faydalar yaradacaqdır.i

Vüqar Qələşov;
Neftçala rayon sakini, Vətən Müharibəsi iştirakçısı