Cahit Bağcı “Qarabağ”ı təbrik edib

A6d5ab67165898082168218019710254702.jpg

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Ağdamın “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının növbəti təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

Bu barədə C.Bağcı özünün tviterdə yazıb.

““Qarabağ” futbol klubunu təbrik edir, uğurlar arzulayırıq”, – deyə səfir bildirib.

Xatırladaq ki, Bakıda İsveçrə “Sürix”ini 3:2 hesabı ilə məğlub edən “Qarabağ” səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.