Çayxanada dava qanla bitdi

1682062091 639fd81de99ce639fd81de99cf16714199335b6a9a4c14615f6ded71cfc01ff37f8b.jpg

Saatlı rayon sakini çayxanada həmkəndlisini bıçaqlayıb.

Hadisə Əlisoltanlı kəndində qeydə alınıb.

Məlumata görə, 1986-cı il təvəllüdlü Məhərrəmov Baloğlan Vaqif oğlu çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğluna bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.