Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək

0a88326c 110d 3a9c A8af 35d3367ff5d5 850.jpeg

Məşhur Honkonq aktyoru, prodüsseri, rejissoru Ceki Çan avqustun 28-də Parisdə keçiriləcək Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.

Bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb.

Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq. Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.