“Vilyarreal” İspaniyada “Liverpul”u qəbul edib. 3:2 hesabı ilə qalib gələn Mersisayd təmsilçisi finala yüksəlib. Bu komandalar arasında ilk görüş “mersisaydlılar”ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, yarımfinalın digər görüşündə “Real” “Mançester Siti”ni qəbul edəcək.
***
Qonaqlar iki top fərqi ilə geri düşdükləri matçda “come back” etməyi bacarıblar.
Fabinyo və Diazdan sonra Mane də fərqlənib. Seneqallı oyunçu 74-cü dəqiqədə adını tabloya yazdırıb.




