Çempionlar Liqasında ilk finalçı bu gün bilinəcək

1684211621 cem liqa.jpg

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Turnirin ilk finalçısı İtaliyada Milan derbisində bəlli olacaq. Birinci oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu

16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya)
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, “Cüzeppe Meatsa” stadionu
İlk oyun – 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.