Çempionlar Liqasının oyunları İTV-də yayımlanacaq

1676360706 34f0dc3f 4cc4 34f2 9136 2ab93670234f 850.jpg

UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.

Qurumdan verilən məlumata görə, bu, “Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport” telekanalı ilə əldə edilən razılaşma əsasında baş tutacaq.

Bu raundlarda keçirilən və “CBC Sport”da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.

İlk olaraq bu gecə saat 00:00-da “Milan” – “Tottenhem” qarşılaşması təqdim ediləcək.