Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 30 Avqust – Zəfər Bayramı münasibətilə təbrik edib.
Bu barədə XİN başçısı tviterdə yazıb:
“Qardaş Türkiyəni 30 Avqust – Zəfər Bayramının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir və Türkiyənin müstəqilliyinin hər zaman möhkəm və sarsılmaz olmasını diləyirik”.





