Çimərlik futbolu üzrə Azərbaycan millisi İrana uduzub

3448f512 dd72 31f8 9c84 56d6ebc9565a 850.jpg

İranın Yazd şəhərində təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası yerli yığma ilə yoldaşlıq oyunu keçirib.

Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan seçməsindən Elçin Qasımov və Ramil Əliyev fərqlənib.

Milli komanda avqustun 24-ü və 25-də İran yığmasına qarşı daha iki yoldaşlıq matçında qüvvəsini sınayacaq.