ÇL-də oyun günü

0494b1052f33c3a0c8726e969c46642c 119929 5.jpg

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulacaq.

Son oyun günündə keçiriləcək hər iki qarşılaşma eyni saatda başlayacaq.

Turnirin son qalibi olan “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edəcək. Görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq.

Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutacaq. Qarşılaşmanı ruminayı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel

23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, “Santyaqo Bernabeu” stadionu

23:00. “Milan” (İtaliya) – “Napoli” (İtaliya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, “San Siro” stadionu

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sına 3:0, İtaliya “İnter”i isə Portuqaliyada “Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.