Cüdoçumuz yarımfinala yüksəldi

1679651825 104cd5b6 4dc5 32d1 8e17 38b5cb07294a 850.jpg

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilkhanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.