Cüneyt Çakır karyerasını bitirdi

63a99723165968374666957516710469277.jpg

Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.

Bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

“Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik” – deyə Böyükekşi bildirib.

Qeyd edək ki, 46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalmışdı.