Daşkənd-Bakı aviareysi bərpa olunub

69d658d0164680618344709862211063481.jpg

“Özbəkistan Hava Yolları” aviaşirkəti Azərbaycana uçuşları bərpa edib.

Daşkənd-Bakı aviareysi həftədə bir dəfə (çərşənbə axşamları) yerinə yetirilir.

Xatırladaq ki, aviaşirkət bu istiqamət üzrə uçuşları koronavirus pandemiyası ilə əlaqədar dayandırmışdı.