Dəmir yolu üzrə gediş haqqının artırılması nəzərdə tutulur?

Qatar.jpg

Dəmir yolu üzrə gediş haqqının artırılması nəzərdə tutulur?

Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

“Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir”, – açıqlamada deyilir.