Deputat tender fırıldağından şikayətləndi

1687596703 1673289285 2022 02 17 20 53 13zqbv0itulkuior6vagob file.jpg

Satınalmalarla əlaqədar kifayət qədər nöqsanlar var.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Etibar Əliyev bildirib.

“Bununla bağlı mənim də məlumatım var. Bir nəşriyyat var ki, adı “Şərq-Qərb”dir. Əgər tender elan olunarsa, hər zaman “Şərq-Qərb” qazanır. Digər nəşriyyatlar tender olunan kimi pərəm-pərəm olur. Bilirlər ki, tenderə qoşulsalar da, bu nəşriyyat qalib gələcək. Digər tərəfdən nəşriyyatın hüquqi pozğunluğa yol açması ilə bağlı faktlar da var. Ümid edirik ki, yaxın zamanda ədalətli rəqabət mühiti yaradılacaq”, – deputat vurğulayıb.