Dərini 5 yaş cavanlaşdıran maska

257403 4qdzj2i15o.jpg

Gözəlliyin aynası hamar dəridir. Dərinin baxımı üçün müxtəlif vasitələrdən istifadə etmək olar.

Yaşınızı 5 yaş daha gənc göstərəcək Misir kraliçalarının maskasını tətbiq etməklə daha gözəl dəriyə sahib ola bilərsiniz. Bu maska sayəsində məsamələrin də kiçilməsini təmin etmək olar.

Lazım olan vəsaitlər:
– 2 xörək qaşığı zeytun yağı

– 1 xörək qaşığı bal

– 1 yumurta sarısı

– 10 damcı limon suyu

Hazırlanması:

Bu məhsulları bir-birinə qataraq qarışdırın. Göz ətrafı xaric bütün üzə tətbiq edin. 25 dəqiqə gözləyin və durulayın.