DGK-dan vətəndaşlara xəbərdarlıq

Teleqrafcom1438082167dovletgomrukkomitesi041jpg 12 10 03.jpeg

Dövlət Gömrük Komitəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, son zamanlar baş verən kiberhücumlarla əlaqədar Dövlət Gömrük Komitəsi vətəndaşlarımıza kiberdələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.