DGK sədri “Yevlax” gömrük postunda mövcud vəziyyətlə tanış olub

558979841 1259867689514485 3672942338087554022 n

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Xidmət səviyyəsinin yüksəldilməsi, gömrük nəzarəti və rəsmiləşdirilməsinin asan və sürətli şəkildə reallaşdırılması, biznes subyektlərinin müraciətlərinə həssaslıqla yanaşılması, həmçinin işğaldan azad edilən ərazilərə gətirilən mal və nəqliyyat vasitələri ilə bağlı gömrük əməliyyatlarının icrasının daha sürətli şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələr verilib.