DİM: İmtahanlarda iştirak üçün “COVID” pasportu tələb olunmur

5938b4d0162177033517148433110584188.jpg

Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirakçılardan “COVID-19” pasportunun tələb olunması məsələsinə aydınlıq gətirib.

Avtor.az DİM-ə istinadən xəbər verir ki, imtahanlarda iştirak üçün “COVID-19” pasportu tələb olunmur.

“İştirakçılar imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və onunla bir yerdə çap olunan “Sağlamlıq haqqında bəyannamə”ni gətirməlidirlər”, – DİM-in məlumatında bildirilib.