Diplomatik pasportu olanlar bu ölkəyə də vizasız gedə biləcək

214bf417 E3e6 428d A99a 03a2cdca2d5c 850.jpg

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Sənədlə 2024-cü il mayın 4-də Bancul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.