ABŞ prezidenti Donald Trampa aid olduğu iddia edilən bir səs yazısında onun Çin və Rusiya liderlərinə qarşı açıq hərbi təhdidlər səsləndirdiyi eşidilir. CNN International bu səs yazısının Trampın 2024-cü ildəki mediaya qapalı olan bir kampaniya görüşündə istifadə etdiyini bildirdi.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, yayılan səs yazısında Tramp belə deyir:
- “Çin dövlət başçısına da dedim: ‘Tayvana girsən, Pekini yerlə bir edərəm’.
- Putinə də söylədim: ‘Ukraynaya girsən, Moskvanı bombalayaram’.”
Səsin doğruluğu hələ təsdiqlənməsə də, bu sözlər beynəlxalq mediada və siyasi dairələrdə ciddi rezonansa səbəb olub.
Sevinc Kərimova





