Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.
Xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.
Qeyd edək ki, bu gün gecə saatlarında Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1762-ə, yaralıların sayı isə 12 068-ə çatıb. Təbii fəlakət nəticəsində 5606 bina dağılıb. Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.





