Dost, tərəfdaş ölkələrlə DOST modelinin tətbiqi üzrə iş aparılır

16940753002812262245 1200x630.jpg

Bu gün dost, tərəfdaş ölkələrlə – Serbiya, Moldova, Ruminiya, Özbəkistanla DOST modelinin tətbiqi üzrə iş aparırıq. Əldə etdiyimiz təcrübəni, qarşılaşdığımız çətinliklərin həlli yollarını öz dost tərəfdaş ölkələrə, qurumlara töhfə verməyə çalışırıq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“İnanıram ki, DOST konsepsiyası daha böyük bir tanınma əldə edəcək”, – deyə S.Babayev bildirib.