“Dövlət büdcəsinə vergi daxilolmaları 73 %-dən çox artıb”

A4f4b71a 2345 394e a013 524f18ffe7f3 850.jpg

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136,6 milyon manat vergi daxil olub

Avtor.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 73,2 % və ya 3,9 milyard manat çoxdur.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181,2 milyon manat olub, proqnoza 101,1 % əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 % və ya 1 milyard 368 milyon manat artıb.