Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib

E4aa1580 F59d 40d4 8a05 813576f2e3bc 2.jpg

Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd edək ki, Şamo Mürşüdov “Bank Respublika” ASC-nin İnsan resursları departamentinə daxil olan Motivasiya və qiymətləndirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.