İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.
Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin //ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin //aida.mfa.gov.az və //nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin //qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun //ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin //ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.
Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.





