DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış görüntüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

1722265301 T9bbmwjzs7ojk90hxh2xbnucrydtg4udkvgy9wm 1200.webp

Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşının vətəndaşa qarşı təhqiramiz hərəkəti ilə əlaqədar yayılmış videogörüntü ilə bağlı DSX-də araşdırma aparılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, hərbi qulluqçu şəxsi avtomobilində xidmət yerinə hərəkət edərkən 3 nəfər mülki şəxsin təhqiramiz ifadələrinə stres vəziyyətində cavab verib. Hadisə yerində polis əməkdaşının olması barədə məlumatlar həqiqəti əks etdirmir.