Türkiyənin Bursa şəhərində 3-cü Dünya Alpaqut Çempionatına start verilib.
Çempionatda 30 ölkənin 200-dən çox idmançısı qatılıb.
Açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Beynəlxalq Turan Oyunları Komitəsinin sədri Fərid Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü,Azərbaycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Cəlal Qurbanov, Dünya Alpaqut Federasiyası İdarə heyyənin üzvü Emil Rəhimov o cümlədən Bursa şəhər Bələdiyyəsi, Muxtarlığı, Valiliyi başqanları iştirak ediblər.
Qeyd olunub ki, keçirilən yarış alpaqutun daha da inkişafına dəstək olacaq.
Qeyd edək ki, Alpaqut Turan Döyüş sənətini dünyada inkişaf etdirmək məqsədilə yaradılmış rəsmi beynəlxalq İdman təşkilatıdır. Alpaqut tarixi şərait baxmından böyük məsuliyyəti dərk edən və türk xalqlarının mədəni dünya görüşünü təmsil və təblig edən, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin ən yüksəkdə duran döyüş mədəniyyətini, muassir döyüş sənəti üzərində koonsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan bu döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən, Turan döyüş sənətidir.


