Dünya Alpaqut Federasiyasının Prezident Jalə Əhmədova və İdarə Heyətinin üzvləri – Kutsan Vasif Namazov, Fərid Əlizadə, Emil Rəhimov və Azərbaycan Alpaqut Federasiyasının prezidenti Fuad Quliyev, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbirində iştirak edərək, iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin müzakirə olunduğu bu mühüm platformada yer aldılar!
COP-29, dünya ölkələrinin nümayəndələrinin bir araya gəldiyi və iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayan bir forumdur. DAF, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olaraq, bütün insanları qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmağa çağırdı!
Jalə Əhmədova, idman və təbiət mövzularının bir araya gəldiyini, dayanıqlı inkişafın idman siyasətindəki əhəmiyyətini vurğulayaraq, bu mövzuda atılan addımların önəmini qeyd etdi.
Gəlin, birgə çalışaq və gələcəyimiz üçün daha yaşıl bir dünya yaradaq!






