Dünya Alpaqut Federasiyası Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Img 20250402 wa0081 scaled 1.jpg

Bu gün Dünya Alpaqut Federasiyasının rəhbər heyəti Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində görüş keçirib.

Federasiyanın prezidenti Jalə Əhmədova, fəxri prezident Fərid Əlizadə, vitse-prezident Emil Rəhimov, Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Fuad Quliyev və Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgünün qonağı olublar.

Görüşün məqsədi, Alpaqut idmanının beynəlxalq aləmdə tanıdılması, Türk və Azərbaycan mədəniyyətinin birgə inkişaf etdirilməsi və iki ölkə arasında idman sahəsində əməkdaşlığın gücləndirilməsi olub. Prezident Jalə Əhmədova, Alpaqutun yalnız fiziki hazırlığı deyil, həm də mental disiplini və şəxsi inkişafı önə çıxardığını vurğulayıb.

Səfir Prof. Dr. Birol Akgün, görüşdə iki ölkə arasında olan dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Alpaqutun Türk mədəniyyətinin bir parçası olduğunu bildirib. Səfir bu idmanın gənclər arasında daha da maraq yaratmaq üçün səfirliyin dəstək verəcəyini ifadə etdi.

Görüşdə iki ölkə arasında idman sahəsində daha sıx əməkdaşlığın inkişaf etdirilməsi və Alpaqutun gələcək planları baradə müzakirələr aparılıb.