Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova, Federasiyanın vitse-prezidenti Emil Rəhimov və İdarə Heyətinin sədri Vasif Namazov Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilə görüşüb.
Avtor.az xəbər verir ki, bu barədə özünün facebook səhifəsində məlumat verən millət vəkili bildirib ki, AMADA – Azərbaycan Milli Antidopinq Agentiliyində baş tutan görüşdə Dünya Alpaqut Federasiyasının Dünya Antidopinq Agentliyinə üzvlük məsələsi, eləcə də Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin AMADA ilə birgə əməkdaşlığını müzakirə edilib.
Müzakirələrin sonunda AMADA-nın Alpaqut bölmələri ilə maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə qərar qəbul edilib.


