“Martın 21-dən 27-dək koronavirusa 10 milyon 805 min 132 nəfər yoluxub, 45 min 711 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 14 faiz azalıb, ölüm hallarının sayı isə 43 faiz artıb”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində qeyd edilib.
Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 milyon 342 min 231 yoluxma, 2 min 841 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa yoluxanların sayı 481 milyon 756 min 671 nəfərə, ölənlərin sayı isə 6 milyon 127 min 981 nəfərə çatıb.

