Teleqramın qurucusu Pavel Durov 12 cinayətdə ittiham olunub.
Bu barədə Paris prokurorluğunun saytında dərc olunmuş press-relizdə bildirilir.
Məlumata görə, ona qarşı iş iyulun 8-də Fransada açılıb və həbs müddəti avqustun 28-də başa çatır.
İttihamların bəziləri aşağıdakılardır:
– Mütəşəkkil qrupların qanunsuz əməliyyatlarının aparılması üçün onlayn platformanın idarə edilməsində iştirak;
– Hüquq-mühafizə orqanlarının tələbi ilə araşdırma üçün zəruri olan məlumatları və ya sənədləri verməkdən imtina;
Ətraflı
Ad – 00:09
– Yetkinlik yaşına çatmayanlarla pornoqrafik məzmunun saxlanması və yayılmasında iştirak;
– Narkotiklərin paylanmasında iştirak;
– Kibercinayətkarlıqda iştirak;
– Fırıldaqçılıqda iştirak;
– Ən azı 5 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət və ya cinayət törətmək məqsədilə icmada iştirak;
– Çirkli pulların yuyulması;
– Kriptoqrafik xidmətlərin və məxfilik vasitələrinin qanunsuz təqdim edilməsi.

