Fransada teleqram sosial şəbəkəsinin təsisçisi Pavel Durovun saxlanma müddəti növbəti dəfə uzadılıb.
Bu barədə məlumatı Paris prokurorluğuna istinadən “Reuters” agentliyi yayıb.
Bildirilir ki, Durovun saxlanma müddəti kibercinayətlər işi ilə bağlı araşdırma çərçivəsində daha 48 saat müddətinə uzadılıb.
Bundan əvvəl isə P.Durovun saxlanma müddəti avqustun 25-dən 28-nə qədər artırılmışdı.
Xatırladaq ki, teleqramın təsisçisi avqustun 24-ü Parisdə saxlanılıb.

